Bakının iki rayonuna yeni polis rəisi təyin edilib - ƏMR

27-03-2017, 13:38           
Bakının iki rayonuna yeni polis rəisi təyin edilib - ƏMR
Daxili işlər orqanlarında yeni təyinatlar olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov tutduğu vəzifədən azad edilərək Qaradağ rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə isə Qaradağ rayon Polis İdarəsinin rəis müavini Şəmşir Kazımov tutduğu vəzifədən azad edilərək Səbail rayon Polis İdarəsinin rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Polis İdarəsinin rəisi, polis polkovniki İntiqam Mirsalayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru