Bakıda müştərinin döyülərək öldürüldüyü KLUBUN ADI açıqlandı

27-03-2017, 16:16           

Müştərinin döyülməsi hadisəsi Nəsimi rayonu, Bül-Bül prospekti 39 F ünvanında yerləşən “DoReMi” gecə klubunda qeydə alınıb.
Hazırda gecə klubu fəaliyyətini dayandırıb. Belə ki, klub hadisə ilə bağlı 1 həftə sifariş qəbul etməyəcək. (report)

Martın 25-də Xırdalan şəhərinin “Quşçuluq” yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində həmyerlisi, dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırmalar zamanı T.Məmmədovun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klublardan birində oranın inzibatçısı – Bakı şəhər sakini Fərhad Musayevlə aralarında baş verən münaqişə zəminində sonuncu tərəfindən yumruqla vurulduğu və yıxılması nəticəsində başından xəsarət alması, sonra dostu ilə birgə onun evinə gələrək orada öldüyü müəyyən edilib.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Musayev tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru