Hindistanlı velosipedçi dünya turu çərçivəsində Azərbaycana gəlib - FOTO

17-04-2017, 08:15           
Hindistanlı velosipedçi dünya turu çərçivəsində Azərbaycana gəlib - FOTO
Hindistan velosipedçisi Yoqeş Qubta dünya turu çərçivəsində Azərbaycana gəlib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, hazırda yaşadığı Portuqaliyadan 8 ay öncə səyahətə başlayan 30 yaşlı idmançı artıq 7 min km. məsafə qət edib.
Azərbaycandan sonra İran və digər ölkələrdən keçəcək velosipedçi səfərini 10 aydan sonra Hindistanda yekunlaşdıracaq.
Səfər etdiyi ölkələrdə yerli xalqların mədəniyyət və həyat tərzi ilə yaxından tanış olan Yoqeş Qubta Azərbaycanda qonaqpərvərlik gördüyünü, insanların çox səmimi olduğunu bildirib. Bərdəyə gələn idmançı bir neçə gün orada qalaraq şəhərin tarixi abidələri ilə yaxından tanış olmaq niyyətində olduğunu bildirib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru