Ermənistanın işğalı altında olan Azərbaycan ərazisində erməni əsgəri, 1997-ci il təvəllüdlü Tatul Aramaisoviç Arutyunyan ölümcül güllə yarası alıb. teref.az Musavat.com-a istinadla xəbər verir ki, işğalçı əsgərin cəbhənin şimal istiqamətində Azərbaycan ordusunun mövqelərindən açılan güllə ilə vurulduğu açıqlanıb. Qarabağ separatçıları işğalçı əsgərin hospitala çatdırıldığını, ancaq vəziyyətinin ağır olduğunu açıqlayıb. Eyni zamanda bildirilib ki, hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar başlayıb.
Bir sıra hallarda erməni ordusunda intihar və başıpozuqluğun nəticəsində baş verən ağır hadisələri də düşmən iz azdırmaq üçün Azərbaycan əsgərinin adına yazmağa cəhd göstərir. Təəccüblüsü budur ki, hadisə 17 aprel, saat 18.20-də baş versə də, yalnız bir gün sonra ictimailəşdirilib.