ABŞ Tu-95-lərə qarşı dərhal F-22-ləri qaldırdı – Gərginlik

19-04-2017, 09:08           
ABŞ Tu-95-lərə qarşı dərhal F-22-ləri qaldırdı – Gərginlik
ABŞ iki rus bombardmançısının Alyaskaya yaxınlaşmasını müəyyənləşdirən kimi dərhal tədbir görüb.

Axar.az xəbər verir ki, Foks Nyus kanalı Tu-95 təyyarələrinin Alyaskaya yaxınlaşdığını ABŞ Hərbi Hava Qüvvələrinin 450 kilometrdən müəyyənləşdirdiyi və anında havaya iki F-22 qırıcısı qaldırdığı haqda məlumat yayıb. İnsident ötən gün baş verib.

Qırıcılar Tu-95-ə yaxınlaşıb və 12 dəqiqə müddətində onları müşayiət edib, rus bombardmançıları geri – Rusiyanın şərqində yerləşən aviabazaya istiqamət götürənə qədər gərginlik yaşanıb.

Tu-95-lərin Alyaska sahillərinə 161 km yaxınlaşdığı qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru