Bakıda fəhlə 5-ci mərtəbədən yıxılaraq öldü 19-04-2017, 19:35 Bakıda bina tikintisi zamanı fəhlə yıxılaraq ölüb.“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb.Orada tikilməkdə olan binada fəhlə işləyən 1984-cü il təvəllüdlü Şəhriyar Əliyev binanın beşinci mərtəbəsindəki liftin şaxtasından yıxılaraq ölüb.Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.Qeyd edək ki, həmin bina “Amal” MTK tərəfindən inşa olunur. Facebook-da paylaş