Canavarlar Şəki sakininə hücum etdilər

21-04-2017, 10:31           

Şəkidə 28 yaşlı kişiyə canavar hücum edib.

teref.az xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, aprelin 20-də saat 21.00 radələrində rayonun Qudula kənd sakini, 1989-cu il təvəllüdlü Bəhram Rəhman oğlu Seyidov döş qəfəsinin ön səthinin sıyrılmış xəsarəti ilə xəstəxanaya daxil olub. Ona yaşadığı kəndin yaxınlığında canavarın hücum edib. Bəhram Seyidova xəstəxanada lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra evə buraxılıb.

Bəhram Seyidovun APA-ya bildirib ki, dağlıq ərazidə ailəsinə məxsus qoyunları otararkən qəfildən 5 canavar sürüyə hücum edib. O, vəhşi heyvanları qovan zaman canavarlardan biri quzunu ağzına alaraq ərazidən qaçmaq istəyib. Canavar quzunu xilas edən Bəhram Seyidova xəsarət yetirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru