Bakıda qadın ehtiyatsızlığının qurbanı olub. "Report"un məlumatına görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.