Tarixi ironiya - FOTOFAKT
22-04-2017, 14:52
Daşkənd şəhərində dərc olunan Özbəkistan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin mətbu orqanı olan "Pravda Vostoka" qəzetinin 25 oktyabr 1944-cü il tarixli sayında hərf səhvi olub.
Mətnin başlığında, Stalinin adının qarşısındakı "Qlavnokomanduyuşemu" (Baş komandan) sözündə ikinci hərf - "L" hərfi düşüb və "Qavnokomanduyuşemu" (Pox komandan) kimi yazılıb...
Nəticədə SSRİ Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən redaksiyanın bütün əməkdaşları həbs olunublar və daha sonra da güllələniblər.
Qəzetin çap edilmiş bütün nüsxələri köşklərdən və evlərdən tək-tək toplanaraq məhv edilib.
SSRİ Daxili İşlər İdarəsinin (NKVD) əməkdaşlarının bütün cəhdlərinə baxmayaraq 25 oktyabr 1944-cü il tarixli "Pravda Vostoka" qəzetinin 6 nüsxəsini tapmaq mümkün olmayıb.
Bu nüsxələr yalnız SSRİ-nin dağılmasından sonra üzə çıxıb və hazırda həmin nüsxələr qəzet kolleksionerlər tərəfindən satın alınaraq saxlanılır.