Ermənistanda rus hərbçini öldürən şəxs yaxalandı - Foto
22-04-2017, 23:56
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazası yaxınlığında yerləşən mağazaların birində rus əsgərin meyiti tapılıb.
Axar.az Nyus.am-a istinadla xəbər verir ki, 21 yaşlı əsgər Dmitri Yalpayevin öldürüldüyü bildirilir. Onun qətli ilə bağlı cinayət işi açılıb.
Qeyd edək ki, meyitin üzərində kəsilmiş-deşilmiş yaralar aşkarlanıb.
***
Ermənistanda rusiyalı hərbçi Dmitri Yalpayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Bu barədə Rusiya Cənub Hərbi Dairəsi məlumat yayıb.
“Rusiya hərbçisini öldürən şəxs Gümrü şəhər polis əməkdaşları tərəfindən tutulub. Hadisənin məişət zəminində törədildiyi güman edilir”, - açıqlamada vurğulanıb.
Qeyd edək ki, Dmitri Yalpayev Gümrüdə 102-cü hərbi bazasında xidmət keçirdi.