Gümrüdə rusiyalı hərbçini qətlə yetirən şəxs psixi problemlərinə görə ordudan tərxis olunub

23-04-2017, 08:46           

Ermənistanda rusiyalı hərbçinin qətlində şübhəli bilinən 20 yaşlı şəxs bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız hesab edilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

“İlkin istintaq tədbirləri zamanı şübhəli şəxsdə müəyyən psixi problemlərin olduğu müəyyən edilib. Belə ki o, 2016-cı ilin noyabrında orduda xidmətdə olarkən bir neçə dəfə özünə xəsarət yetirib və müayinə olunması üçün Ermənistan Müdafiə Nazirliyinin İrəvan qarnizon hospitalının psixiatrik şöbəsinə yerləşdirilib. Məhkəmə-psixiatrik ekspertiza təyin edilmişdi”, - deyə qurumdan bildirilib.

Martın əvvəlində ekspertiza həmin şəxsdə müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru