Çirkli geyimdə bir qadının gedib-gəldiyi kimsəsiz mənzildən tapılanlar dünyanı ŞOKA SALDI - FOTOLAR

23-04-2017, 20:55           

Nigeriyada Korrupsiya əleyhinə mübarizə Komitəsinin apardığı əməliyyatlar zamanı yaşayış evlərindən birində 43 milyon dollar aşkarlanıb.
Publika.az xəbər verir ki, Nigeriyanın İqtisadi və Maliyyə Cinayətləri üzrə Federal Komissiyası (EFCC) Laqos şəhərinin Osborn-Tauers ərazisində mənzillərdən birində şübhəli fəallıq haqqında informasiya alıb. Anonim mənbənin verdiyi məlumata görə, mənzilə əllərində çantalar olan insanlar girib çıxıblar. Hadisə ilə bağlı yaşayış kompleksində çalışan mühafizəçilər mənzildə uzun müddətli yaşayışın olmadığını təsdiqləyiblər. Mənzilə nadir hallarda "çirkli geyimdə əldən düşmüş bir qadının" gəlib getdiyini deyiblər.
Məhkəmədən verilən order əsasında yaşayış kompleksinin 7-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin qapısı sındırılıb. Mənzilin içərisində yanğına davamlı 3 dolabın içərisində qeyd olunan məbləğdə pullar aşkarlanaraq götürülüb. Əməliyyat işçiləri tərəfindən 43 milyon ABŞ dolları, 27 mindən çox funt sterlinq və 23 milyondan çox Nigeriya nayrası müsadirə edilib.
Çirkli geyimdə bir qadının gedib-gəldiyi kimsəsiz mənzildən tapılanlar dünyanı ŞOKA SALDI - FOTOLAR














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.