Tovuzda qətlə yetirilən filial müdirinin oğlu və müavini ifadə verib

24-04-2017, 12:42           
Tovuzda qətlə yetirilən filial müdirinin oğlu və müavini ifadə verib
Tovuz rayonunda qətlə yetirilən filial müdirinin oğlu və müavini dindirilib.
"Report"un Qərb bürosunun əldə etdiyi məlumata görə, aprelin 22-də qətlə yetirilən "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nurəddin qızı Bayramovanın oğlu və müavini istintaqa ifadə verib.
Məlumata görə, R.Bayramovanın oğlu ifadəsində bildirib ki, anası iki gün idi evə gəlmirdi.
Onun müavini Vidadi Bəhman oğlu Vəliyev isə ifadəsində bildirib ki, o şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.
Qeyd edək ki, R.Bayramovanın meyiti ailəsinə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru