Azərbaycanın sabiq prezidentinin xanımı əməliyyat olundu

24-04-2017, 13:00           
Azərbaycanın sabiq prezidentinin xanımı əməliyyat olundu
Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Adilə Mütəllibova əməliyyat edilib. A.Mütəllibova dünən Mərkəzi Klinik Xəstəxanada cərrahiyyə əməliyyatı keçirib. Onun həyatı üçün hər hansı təhlükə qalmayıb.
Keçmiş prezident Lent.az-a açıqlamasında bildirib ki, əməliyyat qaydasında keçib: “Həkimlər dedilər ki, hər şey normaldır. Bu gün yəqin ki, palataya köçürüləcək, sabah isə evə buraxılacaq. Vətənimizdə çoxlu istedadlı həkimlər, mütəxəssislər var. Onlardan çox razıyam. Bizə böyük diqqət göstərdilər”.

Qeyd edək ki, Ayaz Mütəllibovun həyat yoldaşı Mütəllibova Adilə Musa qızı 1938-ci ildə Bakıda anadan olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru