Bakıda qeyri-adi oğurluq - qulağında telefon gözəllik salonunu soydu

24-04-2017, 16:04           

Bakıda gözəllik salonundan oğurluq kameraya düşüb.

teref.az xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videodan aydın olduğu kimi bir nəfər şəxs Nizami rayonu ərazisində yerləşən gözəllik salonuna daxil olub.

Xan Şuşinski küçəsi 58 ünvanında qeydə alınan oğurluq hadisəsi anbaan təhlükəsizlik kamerasının yaddaşına yazılıb. Salonun sahibi sayta bildirib ki, hadisə səhər saatlarda qeydə alınıb.

Salona daxil olan şəxs 800 manat pul, fotoaparat, notbuk, videokamera, iş üçün lazım olan avadanlıqları, 1 ədəd şuba, 1 ədəd palto, hətta dəsmalları da oğurlayıb. Polis faktla bağlı araşdırma aparıb və dəyən ziyanın miqdarı 5 min manat olaraq müəyyən edilib.

Hazırda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən axtarılır. Əgər siz də oğurluq edən şəxsi görsəniz, polisə müraciət edərək köməklik edə bilərsiniz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru