Dağıstanda məktəbdə qumbara partladı: 1 ölü 11 yaralı

24-04-2017, 21:48           
Dağıstanda məktəbdə qumbara partladı: 1 ölü 11 yaralı
Dağıstanda orta məktəblərin birində partlayış baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, nəticədə 1 şagird ölüb, 11 nəfər xəsarət alıb. Xəsarət alanlardan 3-nün vəziyyəti çox ağır qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən hadisəyə səbəb silahla ehtiyatsız davranış olub. “Səkkizinci sinif şagirdlərindən biri sinifə əl qumbarası gətirib.


Nəticədə sinifdə partlayış baş verib”, – deyə orta məktəbin direktoru Şamil Abakarov bildirib. Dərs zamanı qumbaranı atan uşaq polis bölməsinə aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru