500 manata görə xalası oğlunu ürəyindən bıçaqladı – Biləsuvarda qanlı olay
22-05-2017, 13:27
Dünən Biləsuvar rayonun Çaylı kəndində qanlı olay baş verib.
BakiPost.az xəbər verir ki, kənd sakini 1989-cu il təvəllüdlü Araz Həsənov özündən iki yaş böyük xalası oğlunu ürək nahiyəsindən bıçaqlayıb. Ağır yaralanan Xaləddin Kərimov dərhal xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, hadisə borc üstündə baş verib. Belə ki, Araz Xalddinin yaşadığı evə - xalasıgilə gələrək, ona olan 500 manat borcu tələb edib. Xaləddin hələlik imkanının olmadığını, buna görə də bir müddət möhlət verməsini xahiş edib. Bunla razılaşmayan Araz pulu dərhal verməsini istəyib. Buna görə də tərəflər arasında mübahisə düşüb və mübahisə bıçaqlanma ilə nətiçələnib.
Xəbərə görə, Araz Həsənov rayonda faizə pul verirməklə məşğul imiş.