İmtahanda az bal yığan abituriyent intihara cəhd etdi - VİDEO

24-05-2017, 18:54           
İmtahanda az bal yığan abituriyent intihara cəhd etdi - VİDEO
Şəmkir sakini intihara cəhd edib.

teref.az ARB 24-ə istinadla xəbər verir ki, şəhərin Tatarlı kənd sakini 18 yaşlı Namiq Cahan oğlu Qasımov dərman içərək həyatına son qoymaq istəyib. Anası tez xəbər tutduğuna görə o, Tovuz rayon Qovlar Şəhərinin Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb.

İlkin müayinədən sonra Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilən Namiq Qasımov reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin ehtimala görə, Namiqin intihar etməsinə onun qəbul imtahanında istədiyi nəticəni göstərə bilməməsi səbəb olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru