BTC-dən neft oğurlanıb

30-05-2017, 15:33           

Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas Txrac Boru Kəmərinin Türkiyədən keçən hissəsində oğurluq olub.

APA-nın “bolgegundem.com” saytına istinadən verdiyi məlumata görə, oğurluq Adana rayonunun Sarıçam qəsəbəsinə bağlı Baklalı məhəlləsində qeydə alınıb. Taxıl zəmisində 1 metr yer qazılıb və həmin ərazidən keçən kəmər deşilib. Bir çən xam neft oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.