İraqda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb, 22 nəfər yaralanıb

31-05-2017, 08:35           
İraqda kamikadzenin özünü partlatması nəticəsində 13 nəfər ölüb, 22 nəfər yaralanıb
İraqın paytaxtı Bağdadın mərkəzində kamikadzenin bədəninə bağladığı partlayıcı qurğunu işə salması nəticəsində 13 nəfər ölüb, daha 22 nəfər isə yaralanıb.
"Report"un məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.
Hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.


***23:52
İraqda partlayış törədilib.
"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Əs Sumariyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Anbar vilayətinin Hit şəhərində, məktəbin yanında baş verib. Belə ki, şəhərin mərkəzində kamikadzenin bədəninə bağladığı partlayıcı qurğunu işə salması nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.
Hələlik ölənlərin və yaralananların sayı barəsində məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru