Gəncədə iki xalaoğlu bıçaqlanıb - YENİLƏNİB

5-06-2017, 07:42           
Gəncədə iki xalaoğlu bıçaqlanıb - YENİLƏNİB
Gəncədə dava zaman iki xalaoğlu bıçaqlanıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin qərb çıxışında olan obyektlərin birinin qarşısında qeydə alınıb.

Məhsəti qəsəbə sakini 1993-cü il təvəllüdlü Rzayev Emin və onun xalası oğlu, Goranboy rayon sakini, 1990-cı il təvəllüdlü Rzayev Elmir bıçaqlanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətiriliblər. Onlara tibbi yardım göstərilib. Məlumata görə, Elmir Rzayev dalaşanları ayırmaq istəyib. Nəticədə qarşı tərəf hər iki xalaoğlunu bıçaqlayıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

00:58

İyunun 4-də axşam saatlarında Gəncədə bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Məhsəti qəsəbə sakini, 1993-cü il təvəllüdlü Rzayev Emin Habil oğlu qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. E.Rzayev bir neçə şəxs tərəfindən döyülərək bıçaqlandığını bildirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru