Mingəçevirdə kütləvi dava olub: - kişi və qadın xəsarət alıb

24-06-2017, 16:04           
Mingəçevirdə kütləvi dava olub: - kişi və qadın xəsarət alıb
Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.

Hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Betn Məmulatları Zavodunun həyətində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.

Hadisə zamanı bir ailənin iki üzvü: - Süleyman Ələkbərovun çənəsi sınıb, Nazilə Ələkbərova isə qarın, bel və üz nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, Ömər Ağaxanov dava vaxtı içkili olub. Fakt Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır.

///report












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.