Bakıda toyda dava olub, yaralanan var

6-07-2017, 09:46           
Bakıda toyda dava olub, yaralanan var
Bakıda toyda dava düşüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, Mikayıl Əliyev küçəsindəki “Su səsi” restoranında qeydə alınıb.

Restoranda keçirilən toy mərasiminin qonaqları arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə sonradan davaya çevrilib. Dava zamanı 35 yaşlı Qoşqar Həşimov döyülüb. Onun başına butulka ilə zərbə də endirilib. Yaralanan Qoşqar Həşimov xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru