İlqar Mikayıloğlunu su ilanı sancıbmış

14-07-2017, 19:49           
İlqar Mikayıloğlunu su ilanı sancıbmış
Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb.

Big.az xəbər verir ki, Füzuli rayonu Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal hospitala aparılıb.

Teleaparıcının hazırda xəstəxanaya çatdırılmadığı, onun hələ də yolda olduğu bildirilir.

Eyni zamanda, hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər.

14:28
***

Azxeber.com məsələni dəqiqləşdirmək üçün aparıcının özü ilə əlaqə saxlayıb.

O, məsələyə gülərək cavab verib: "Hə, düzdür, məni ilan sancıb. Vəziyətim də ağırdır, ölə də bilərəm, qala da bilərəm, bilmirəm hələ”.

15:49
***

"Aparıcı İlqar Mikayıloğlunun vəziyyəti normaldır. Onu su ilanı-təlxə sancıb. Həmin ilan zəhərsizdir. Sadəcə ayağını dişləyib. Ona görə, zərdab vurulub ki, infeksiya keçməsin”.

Bu sözləri Lent.az-a aparıcının həyat yoldaşı, hüquqşünas Zülfiyyə Babayeva deyib.

O qeyd edib ki, hazırda Füzulidən Bakıya gəlirlər: "Bakıya gəlirik, hər şey yaxşıdır. İlqarın heç bir həyati təhlükəsi yoxdur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.