İqlim dəyişikliyi Sakit okean adalarını «dəfn» edə bilər

15-07-2017, 09:47           
İqlim dəyişikliyi Sakit okean adalarını «dəfn» edə bilər
Alimlər nəinki Sakit okeandakı xırda adaların, həm də iri adalar qruplarının mümkün «yoxa çıxması» barədə xəbərdarlıq ediblər.

Tədqiqatçıların «Nature» jurnalında dərc olunmuş nəticələrinə görə, iqlim zonalarının yerdəyişməsi artıq xırda adalar qruplarının ekosisteminə əhəmiyyətli dərəcədə təsir göstərir. Tədqiqatçılar bəzi heyvan növlərinin yoxa çıxmasını və mirqasiyasını xüsusilə qeyd edirlər.

Amma alimlərin sözlərinə görə, başlıca təhlükə bu deyil. Dünya okeanının səviyyəsinin qalxması və temperaturun yüksəlişi Sakit okeandakı xırda adaların 90,0 faizinin su altında qalmasına səbəb olar. Belə perspektiv bir çox heyvanları yoxa çıxmaq təhlükəsi altına alır və insanlara düzəlməz zərər vura bilər.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru