Azərbaycanlı Rusiyada 15 yaşlı qızı zorlayıb öldürdü

15-07-2017, 13:40           
Azərbaycanlı Rusiyada 15 yaşlı qızı zorlayıb öldürdü
Krasnodar diyarının müstəntiqləri kurort şəhəri Novorossiyskdə yetkinlik yaşına çatmayan qızın zorlanaraq öldürülməsi ilə bağlı cinayət işi üzrə ikinci şübhəlini saxlayıblar.

PRESSDAY.az Rusiya mediasına istinadən bildirir ki, ikinci şübhəli 29 yaşlı Azərbaycan vətəndaşı Əlizadə Qismət Əli oğlu Şimali Osetiyada istintaqdan yayınıb.

Onu Vladikafqazda saxlayıblar. Bundan əvvəl onun cinayət ortağı 26 yaşlı şəxs də saxlanılıb.

Azərbaycan vətəndaşı Qismət Əlizadəni polislər iyulun 14-də gecə Şimali Osetiya və İnquşetiya sərhədində ələ keçib.

Xatırladaq ki, iyulun 10-da Novorossiyskin hüquq-mühafizə orqanlarına Mefodiev rayonunda yaşayan 15 yaşlı Yekatirina Bibikin anası qızının yoxa çıxması ilə bağlı müraciət edib.

Müstəntiqlər müəyyən ediblər ki, həmin gün qız evdən nənəsi ilə çıxıb və bir daha geri qayıtmayıb.

Müstəntiqlərin versiyasına görə, iyulun 10-da 19:25-də Yekatirina Lenin parkında şübhəli Azərbaycan vətəndaşı ilə görüşüb.

Sonra onların arxasınca Əlizadənin dosti gəlib. Kişilər qızı dənizə aparacaqlarına söz veriblər.

Lakin nəticədə Yekatirinanı başqa istiqamətə, üzüm bağlarına tərəf aparıblar.

Adamların olmadığı yerdə dayanan gənclər növbə ilə qəzə zorladıqdan sonra öldürüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru