Bərdədə polis əməkdaşları qəzaya düşdü

17-07-2017, 00:25           

Bərdə rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. VAZ 21011 markalı avtomobillə Bərdə Rayon Polis İdarəsinə məxsus Fiat markalı avtomobil toqquşub. Hadisə nəticəsində VAZ 21011 markalı avtomobilin sürücüsü və sərnişin ağır xəsarət alıblar. Yaralılar Təcili Tibbi Yardım avtomobili ilə rayon xəstəxanasına aparılıb. Polis əməkdaşlarından isə xəsarət alan olmayıb.
Hadisəyə səbəb VAZ 21011 markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi olub. O, idarəetməni itirərək qarşıda gedən polis maşınına çırpılıb. Bundan sonra avtomobil yolun kənarındakı hasara dəyib.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru