Erməni hərbçilər bir-birlərinə güllələdilər: - Yaralılar var
17-07-2017, 18:12
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisində erməni hərbçilər arasında atışma olub. Nəticədə zabit və fövqəladə xidmət əsgəri yaralanıb. Dia.az-ın haqqin.az-a istinadla məlumatına görə, bu barədə erməni sosial şəbəkələrində məlumat yayılıb.
Hadisəyə səbəb kimi müdafiə postlarının birində əsgərin döyüş mövqelərinin mühafizəsi üçün mühəndislik işlərini yerinə yetirməkdən imtina etməsi olub.
İlkin məlumatlara görə, Maqadis məntəqəsində dağ-atıcılıq polklarının birinin komandiri baş leytenant Vaxe Qriqoryan içkili vəziyyətdə silah hədəsi altında əsgərə öz qəbrini qazmağı əmr edib. Təhqirə dözməyən avtomatı ələ keçirərək zabitə atəş açıb.
Atışma nəticəsində V.Qriqoryanın boğazından yaralanıb. Əsgər bundan sonra intihar etmək istəyib.
Hadisə yerinə yetirən hərbçilər ilkin tibbi yardım göstərərək, onları ərazidəki xəstəxanaya yerləşdiriblər.