Əfqan Muxtarlıya görə daha iki vəzifəli şəxs “vuruldu”- NAZİRDƏN AÇIQLAMA

21-07-2017, 00:15           

Tbilisidə jurnalist Əfqan Muxtarlının yoxa çıxması ilə bağlı iki məmur istintaq başa çatana qədər istefaya göndərilib. Bunlar Dövlət Təhlükəsizlik Xidmətinin əks kəşfiyyat departmentinin və Sərhəd polisinin rəhbərləridir.
Gununsesi.info bildirir ki, bunu bu gün keçirdiyi brifinqdə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili deyib.
“Qurumun rəhbərləri kimi biz əməkdaşlarımızın günahsızlığında əminik, lakin istintaqın hər hansı versiyanı istisna etmək hüququ yoxdur. Jurnalistin sərhəddi hansı vəziyyətdə keçdiyi bilinmədiyindən qeyd olunan şəxslərin vəzifələrindən getmələri iş ətrafında əsassız şərhlərin qarşısını almağa yönəlib”, – deyə nazir bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru