Avtomobil qadını vurub öldürdü, körpəsini isə yaraladı

21-07-2017, 00:43           
Avtomobil qadını vurub öldürdü, körpəsini isə yaraladı
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. “Mersedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.

Qeyd edək ki, “Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daevoo markalı avtomobilə çırpılıb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru