Gəncədəki qəzada ana və qucağındakı körpə ölüb - YENİLƏNİB

21-07-2017, 11:24           
Gəncədəki qəzada ana və qucağındakı körpə ölüb - YENİLƏNİB
Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. teref.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. 1979-cu il təvəllüdlü Hüseynov Ramin Yusif oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Bağırova Dilarə Məzahir qızı və onun 4 aylıq oğlan uşağını vurub. Məlumata görə, qadın hadisə yerində dünyasını dəyişib. Onun övladı isə özəl xəstəxanaların birinə aparılıb.
Qeyd edək ki, “Mercedes” qadını və onun uşağını vurduqdan sonra Daewoo markalı avtomobilə çırpılıb. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

***


Gəncədə anasının qucağında avtomobillə vurulan körpə uşaq ölüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Yeni Gəncə qəsəbəsində avtomobillə vurulan 4 aylıq oğlanın həyatını xilas etmək mümkün olmayıb. Onun anası, 1993-cü il təvəllüdlü Dilarə Bağırova isə aldığı xəsarətdən hadisə yerində ölüb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru