Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO

22-07-2017, 08:44           
Hüseyn Cavid prospekti ilə əks istiqamətdə gedən maşın qəza törədib - FOTO
Bakının Yasamal rayonunda yol qəzası baş verib.
"Report" xəbər verir ki, qəzanı Abbasov Emin Elçin oğlu törədib.
O, "99-BB-866" dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobildə Hüseyn Cavid prospekti ilə hərəkətdə olarkən H.Cavid parkının ətrafındakı dairəyə daxil olmaq əvəzinə, Elmlər Akademiyası metrostansiyası istiqamətində əks gedib.
Nəticədə "Hyundai" qarşıdan gələn və Hüseynov Mətin Adil oğlunun idarə etdiyi "Audi" markalı avtomobillə toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, "Audi" markalı avtomobilə ziyan dəyib.
Hadisəni törədən sürücü Yol Patrul Xidməti əməkdaşlarına fikirli olduğu üçün idarəetməni itirdiyini bildirib. Buna baxmayaraq, yol polisi əməkdaşları hadisəni törədən sürücünü sərxoşluğun yoxlanılması məntəqəsinə aparıblar. Müayinə zamanı onun sərxoş olmadığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru