Bakıda ana gənc qızını bıçaqlayıb

22-07-2017, 09:40           
Bakıda ana gənc qızını bıçaqlayıb
Bakının Xəzər rayonunda ana gənc qızını bıçaqlayıb.
"Report" xəbər verir ki, Qala qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Həmidova Cəmalə Nizami qızı yaşadığı evdə anası ilə mübahisə edib.
Nəticədə o, anası tərəfindən bıçaqlanaraq ağır xəsarətlər alıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.
Hadisənin dəqiq səbəbləri Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılacaq araşdırmalardan sonra məlum olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru