Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - FOTO

22-07-2017, 10:42           

DYP həmin sürücünün Azərbaycan bayrağına qarşı hörmətsizlik etdiyini düşünür

Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

teref.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə ötən gün “Beşmərtəbə” dairəsi yaxınlığında baş verib.

Belə ki, idarə etdiyi “BMW” markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə biabırçı şəkildə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb. Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX həriflərinin əvvəlinə plamastrla S hərifi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub.

Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib. EX seriyasını “SEX” kimi göstərən sürücü saxlanılara avtomobili cərimə meydançasına salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru