Azərbaycanda polislər ağır qəzaya düşdülər - 4 NƏFƏR YARALANIB

3-08-2017, 11:58           
Azərbaycanda polislər ağır qəzaya düşdülər - 4 NƏFƏR YARALANIB
Lənkəranda beş nəfərin yaralandığı ağır yol qəzası baş verib. Hadisə Lənkəranın dağlıq ərazisi olan Osaküçə-Günehir yolunda baş verib. “Lada priora” markalı minik avtomobili dərəyə aşıb. Yaralılar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına aparırlıblar. Onların üçünün vəziyyəti ağır, ikisinin isə orta ağırdır.
Ağır yol qəzasının bəzi təfərrüatları məlum olub.
Dia.az report-a istinadən xəbər verir ki, qəzaya uğrayana avtomobilil sürücüsü və sərnişinləri Masallı Rayon Polis İdarəsinin əməkdaşları olublar. Qəza baş verərkən avtomobildə 6 nəfər olub. Onlardan 4 nəfəri ağır xəsarət alsa da, ikisinin vəziyyəti normaldır.
Qəza zamanı xəsarət almış şəxslərin adları:
Məmmədli Vüsal Rüstəm oğlu (1984)
Rzayev Əlizamin Fəraqət oğlu (1986)
Məmmədov Elşad Mehdi oğlu (1983)
Niftiyev Fərrrux Minəxan oğlu (1988)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru