Koreyanın raketi 330 sərnişini olan təyyarənin yanından keçib

4-08-2017, 10:24           

Şimali Koreyanın son atdığı raket "Air France" sərnişin təyyarəsindən 100 kilometr aralıdan keçib.

Axar.az xəbər verir ki, "Air France" havada olarkən Şimali Koreyanın ballistik raketi 100 kilometrə qədər təyyarəyə yaxınlaşıb.

ABŞ və Yaponiya rəsmilərinin məlumatına görə, "Boinq 777" Hokkaidonun qərbində olarkən, Şimali Koreyanın raketi havada olub. Raket 330 sərnişini olan təyyarənin 10 dəqiqə əvvəl yerləşdiyi sahəyə düşüb.

"Air France"dən verilən açıqlamada isə raketin təyyarənin marşrutu ilə kəsişmədiyi və sözügedən uçuşda bir problem olmadığı qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru