Oğru evdə tualetə su buraxmadığı üçün... həbs edildi

11-08-2017, 07:47           
Oğru evdə tualetə su buraxmadığı üçün... həbs edildi
Kaliforniya ştatındakı Los-Anceles şəhərində mənzili qarət edən oğru ayaqyoluna su buraxmadığı üçün yaxalanıb. 2016-cı ilin 7 oktryabrında oğru evə girib. Oğurluq edəndən sonra ayaqyoluna girən oğru suyu çəkməyi unudub. İstintaqçılar isə ayaqyolundan nümunələr götürərək ekspertizaya yollayıblar. Bu minvalla əldə edilən DNK nümunələri 42 yaşlı Endryu Censenin yaxalanmasına səbəb olub.

O, bundan öncə də qanunla müəyyən problemlər yaşamışdı. Ona görə də onun DNK nəticələri FTB-in bazasında saxlanırdı. Detektiv Tim Loman deyib ki, böyük əksəriyyət DNK analizlərinin ancaq saç və selikdən əldə edilə biləcəyini düşünür. Halbuki bu, belə deyil: “Biz işimizə yaraya biləcək bütün izləri araşdırırıq. Siqaret kötüyü, atılmış banka – hər şeyi analizdən keçiririk”.
Censeni evi qarət etdiyinə görə həbs ediblər. Onun azadlığa çıxması üçün 70 min dollar məbləğində girov qoyulmalıdır.

Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.