Sabiq başçının qardaşı işdən çıxarıldı, rəisi isə qovuldu

11-08-2017, 17:29           
Sabiq başçının qardaşı işdən çıxarıldı, rəisi isə qovuldu
Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin rəisi polis polkovnik-leytenantı Rafael Albabayevin vəzifədən azad edilməsinin səbəbi məlum olub.

Report xəbər verir ki, R.Albabayev xidmətdə yol verdiyi ciddi qanun pozuntularına, əməliyyat-axtarış fəaliyyətini düzgün icra etmədiyinə görə, işdən çıxarılıb və hətta daxili işlər orqanlarından xaric edilib.

Onun müavini, polis mayoru Azər Kərimzadə isə şiddətli töhmət verilməklə işdən çıxarılıb. A.Kərimzadə Daxili İşlər Nazirliyinin (DİN) Baş Kadrlar İdarəsinin sərəncamına götürülüb.

Qeyd edək ki, Azər Kərimzadə Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun qardaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru