Lütfi Zadənin ölüm xəbəri BİR DAHA yalan çıxdı

13-08-2017, 11:12           

BU gün bəzi KİV-lərdə ABŞ-da yaşayan dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfat etməsi ilə bağlı məlumatlar yayılıb.

Lütfi Zadə ailəsinin yaxın dostu, hazırda Amerikada olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazovaya AzVision.az-a açıqlamasında məlumatı təkzib edib.

"Yalan məlumatlardan artıq bezmişik. İndi yanından gəlirəm. Dörd dəfə yemək yeyib, meyvə şirəsi içib. Səhhəti normaldır. Lütfi Zadənin vəfat etməsi ilə bağlı yayılan məlumatlar yalandır" -deyə Şahnaz Şahbazova vurğulayıb.

Qeyd edək ki, azərbaycanlı alim, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadə 4 fevral 1921-ci ildə Bakıda anadan olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.