Xudatda ailə faciəsi: Bir qardaş öldü, digəri yaralandı

13-08-2017, 13:31           
Xudatda ailə faciəsi: Bir qardaş öldü, digəri yaralandı
Bu gün şəhər saatlarında Xudatın Müqtədir qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

RegionXeberleri.com-un apa-ya istinadın verdiyi məlumata görə, “Vaz 2107” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində maşında olan Xaçmaz rayon sakinləri 1992-ci il təvəllüdlü Elvin Yusifov, onun qardaşı 1987-ci il təvəllüdlü Elbrus Yusifov və 30 yaşlı İlqar İmaməliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb. Digər iki şəxsin müalicəsi isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru