Günəş sistemindəki ən qədim asteroid qrupu kəşf edilib –FOTO

14-08-2017, 00:04           

ABŞ-ın Sauzvest Araşdırma İnstitutunun astronomlarının liderlik etdiyi beynəlxalq tədqiqatçılardan ibarət kollektiv Mars ilə Yupiter arasındakı asteroid qurşağında bir qrup göy cisminin varlığını təyin edib.

Asteroid qrupunun qaz nəhəngləri deyilən Yupiter, Saturn, Uran və Neptun kimi xarici planetlərin meydana gəlməsi prosesində ortaya çıxan orbit dəyişmələri zamanı daha böyük asteroidlərin bir-biri ilə toqquşması nəticəsində yarandığı təxmin edilir.

Günəş sistemində kəşf edilən ən qədim asteroid qrupunun yaşının 4 milyard ildən çox olduğu bildirilir. (Azərtac)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru