Nepalda təbii fəlakət –58 nəfər öldü, 36 min ev su altında qaldı
14-08-2017, 00:26
Nepalda leysan yağışlarla əlaqədar baş verən daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 58 nəfərə çatıb.
Nepal Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 23 nəfər itkin düşüb, 36 min yaşayış evi su altında qalıb, çox sayda iri və xırda buynuzlu heyvan tələf olub.
Təbii fəlakət zonasında axtarış-xilasetmə əməliyyatı davam etdirilir.