Ermənistanda kütləvi dava və atışma olub: xəsarət alan var

16-08-2017, 08:03           
Ermənistanda kütləvi dava və atışma olub: xəsarət alan var
Ermənistanda bir nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava və atışma olub.
"Report" xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, 24 yaşlı Yerevan sakini Ayk Tişinyanla Qurgen Mexakyan arasında mübahisə yaranıb. Mexakyan pnevmatik tüfəngdən Tişanyanın "Toyota Corolla" avtomobilinə atəş açıb. Bundan sonra isə 10-dan çox cinayət ortağı ilə birlikdə Tişanyanın avtomobilinə taxta və metal parçaları ilə zərbələr endiriblər.
Onlar habelə Tişanyanı avtomobildən çıxararaq döyüblər. Hadisəni törədən şəxslərin axtarışa verildiyi bildirilir.
Qeyd edək ki, bu, son günlər Ermənistanda tez-tez baş verən növbəti silahlı qarşıdurmalardan biridir. Dünən Vanadzorun Yerevan küçəsində də atışma olub. Nəticədə ölkənin kriminal aləmində Edmon Arutunyan ləqəbi ilə tanınan 31 yaşlı şəxs yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru