Bakıda 31 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb

25-08-2017, 08:24           
Bakıda 31 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
Bakının Səbail rayonunda bıçaqlanma olub. APA-nın xəbərinə görə, insident Badamdar qəsəbəsi, 3-cü Massiv, Dostluq küçəsindəki evlərdən birində qeydə alınıb.

1986-cı il təvəllüdlü Əmrahov Əziz Fərman oğlu bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Cərrahi əməliyyat olunan Ə.Əmrahovun vəziyyətinin ağır olduğu bildirilir.

Yaxınlarının bildirdiyinə görə, 31 yaşlı Ə.Əmrahovu tanıdıqları bir şəxs bıçaqlayıb. Hələlik məlum olmayan səbəbdən onların yaşadığı evə soxulan həmin şəxs Əzizə xəsarətlər yetirib.

Hadisənin təfərrüatları Səbail polisi tərəfindən araşdırılır. Cinayətin şəxsi ədavətdən qaynaqlandığı ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru