Görün insanlara nələr danışırlar: “Həzrət Əli (ə) Müaviyə ilə döyüşə görə peşman oldu və…” (Video izlə)

11-09-2017, 20:28           

“SizinYol” xəbər verir ki, Türkiyənin Sakarya şəhərinin tanınmış “din xadimi” olan Cevat Karadağ, hakimiyyəti boyunca Allahın yer üzündəki höccəti, Əmirəlmöminin Əliyə (ə) qarşı çıxan Müaviyə haqqında uydurma hədislər nəql edərək, onun şəfaətindən məhrum qalmamağı Allahdan isttəyib.

İslamdan xəbərsiz bu şəxs, Müaviyə ilə Həzrət Əli arasındakı savaşdan sonra belə bir hadisə baş verdiyini söyləyib: “Səhabələrdən biri Əliyə (ə) yaxınlaşaraq Peyğəmbər (s) Müaviyə haqqında dedi ki, onun üzərində kimsə qələbə qazana bilməz! Həzrət Əli bunu eşidib, “nə üçün bunu öncədən demədin, boş-boşuna Müaviyə ilə savaşdım” dedi.”

Təəssüflər olsun ki, bu gün özünü din xadimi kimi göstərən insanlar, sadəlövh insanlara uydurma hədislər nəql edərək, Müaviyə kimi hiyləgər, ikiüzlü şəxsi Peyğəmbərin (s) sevimli səhabəsi kimi qələmə verməyə çalışırlar.

[media=https://www.youtube.com/watch?time_continue=70&v=iBXFW01n_k0]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru