Leyla Şıxlinskayanın Klinikasında ana doğuş zamanı öldü

11-09-2017, 21:11           
Leyla Şıxlinskayanın Klinikasında ana doğuş zamanı öldü
Virtualaz.org-a Xətai rayon prokurorluğundan verilən məlumata əsasən, doğuş zamanı dünyasını dəyişən ana 1986-cı il təvəllüdlü Aygün Əbdürrəhmanovadır.

* * *17:27

Sentyabrın 10-da Bakıda, Leyla Şıxlinskayanın Klinikasında ana ölümü baş verib. 31 yaşlı qadın doğuş zamanı dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Nazirliyin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova faktı təsdiqləyib.

Komissiya sədri virtualaz.org saytına açıqlamasında deyib ki, uşağın həyatını xilas etmək mümkün olsa da, ana ölüb. “Bütün özəl tibb müəssisələri, o cümlədən Leyla Şıxlinskayanın Klinikası Səhiyyə Nazirliyinin təlimatlarına əsasən fəaliyyət göstərir. Özəl tibb müəssisələrində baş verən ana ölümləri tərəfimizdən araşdırılır. Klinikada ana ölümü sentyabrın 10-da qeydə alınıb, bu barədə Doğuşayardım Komissiyası məlumatlandırılıb. Sənədlər təqdim ediləndən sonra ölümün səbəbi araşdırılacaq. Araşdırma tamamlanmadan ananın hansı səbəbdən öldüyünü söyləmək olmaz”,-Məmmədova əlavə edib.

Klinikanın özünü təqdim etmək istəməyən həkimi isə deyib ki, nəinki dünən axşam, o cümlədən son 1 ildə burada ana və uşaq ölümü qeydə alınmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru