Azərbaycanlı ermənilərin kəndində erməninin yıxaraq onu biabır etdi – VİDEO

26-09-2017, 17:26           
Azərbaycanlı ermənilərin kəndində erməninin yıxaraq onu biabır etdi – VİDEO
Hadisə Gürcüstanda Marneuli rayonunda, ermənilərin sıx yaşadığı Şaumyani kəndində baş verib. Bu kənddə hər il dövlət tərəfindən festival keçirilir. Festivalda həm Gürcüstanda ətraf ərazilərdə yaşayanlar, həm də digər yerlərdən gələnlər iştirak edir. Burada müxtəlif məclislərlə yanaşı, əyləncələr, yarışmalar təşkil edilir.
Həmin ərəfədə bir erməni güləş meydanına çıxıb əlini-qolunu ölçə-ölçə qürrələnməyə başlayb və onun qabağına guya heç kim çıxa bilməz deyə qışqırmağa başlayıb. Bu zaman Gürcüstanda yaşayan soydaşlarımızdan Vasif Fərəcov adlı biri düşünmədən köynəyini və ayaqqabılarını soyunaraq, hazırlıqsız olaraq erməni güləşçinin qabağına çıxıb. Cəsarətli soydaşımız heç bir dəqiqə də çəkməmiş xoruzlanan ermənini əks fənddə yaxalayaraq kürəyini yerə çırpıb. Bu hadisədən sonra Vasif Fərəcov soydaşlarımız arasında məşhurlaşaraq böyük hörmət qazanıb.
Əlavə edək ki, Şaumyani kəndinin əhalisinin, demək olar ki, 90 faizi ermənilərdən ibarətdir. Qeyd edək ki, soydaşımız Vasif Fərəcov Gürcüstanın Marneuli rayonunun Araflı kəndində yaşayır. O, kənd məktəbində həftədə 3-4 gün güləşdən dərs deyir, ümumilikdə isə təsərrüfatla, əkin-biçinlə məşğul olur. Mynews.az azərbaycanlının ermənini necə yerə çırpmasının qeydə alındığı həmin video kadrları təqdim edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru