260 Azərbaycanlı ölümdən döndü-Kiev-Bakı reysində problem

30-09-2017, 09:36           

Bu gün saat 00:33 radələrində Bakıya enməsi gözlənilən Ukrayna Hava Yollarına məxsus PS-601 saylı təyyarə sərnişinlər mindikdən sonra Kiyev aeroportundan havaya qalxan zaman texniki problemlə üzləşib.

DİASPOR.AZ -ın verdiyi məlumata görə, təyyarə havaya qalxan zaman ön təkər yerə təkrar çırpılıb.

Pilotların sayıqlığı nəticəsində təyyarə geriyə qaytarılaraq Kiyev Hava Limanında eniş edib.

Məlumata görə, hazırda 260 azərbaycanlı sərnişin aeroportda yeni təyyarə gözləyirlər.

Ukrayna Hava Yolları şirkətindən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru