Bakı Apellyasiya Məhkəməsinin hakimi vəfat edib

30-09-2017, 11:05           
Bakı Apellyasiya Məhkəməsinin hakimi vəfat edib
Bakı Apellyasiya Məhkəməsinin hakimi, məhkəmənin Mülki kollegiyanın sədri vəzifəsini icra edən Mehti Əsədov vəfat edib.

Dia.az Report-a istinadən xəbər verir ki, o, 56 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Mehti Fəyyaz oğlu Əsədov 1961-ci ildə anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1986-1990-cı illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Sosial Təminat Şöbəsində bölmə müdiri, 1990-2000-ci illərdə Bakı Şəhəri Əzizbəyov (indi Xəzər) Rayon Məhkəməsində iclas katibi, 2000-2007-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin hakimi, 2007-2008-ci illərdə Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hakimi işləyib.

2008-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsini tuturdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru