İcra başçısının müavini işdən çıxarıldı

30-09-2017, 20:44           

Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zülfi Qasımov vəzifəsindən azad olunub.

Report-un məlumatına görə, bununla bağlı qərarı icra hakimiyyətinin başçısı Raqub Məmmədov imzalayıb.

Yetmiş yaşlı Z.Qasımov 10 ilə yaxın bu vəzifədə işləyib.

Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Z.Qasımov eyni zamnada hakim Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədridir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru